“Dedi ki, ölümümdən sonra ad versələr, götürməyin!” - Aygün Bəylərin bacısı
Şou-biznes
210
12:35, Bu gün

“Dedi ki, ölümümdən sonra ad versələr, götürməyin!” - Aygün Bəylərin bacısı

“Aygün xalqın gözündə Xalq artisti idi, çünki ona olan sevgi o, həyatda olmasa da, bu gün belə azalmayıb”.
 
Bu sözləri azxeber.com-a müsahibəsində Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Aygün (Hümbətova) deyib.
 
Zümrüd xanım ölümündən sonra Aygün Bəylərə Xalq artisti adı verilməsi təklifi ilə bağlı ilk dəfə açıqlama verib:
 
“Belə bir təklif rəsmi şəkildə olmadı. Heç biz gözləmirdik də. Aygün konsertdən öncə mənimlə bu haqda danışmışdı. O bu adı çox istəyirdi. Deyirdi ki, konserti gözləyirəm, bitsin, mənə Xalq artisti adı verəcəklər. Hər bayramda günləri sayırdı. Sonra ki, halı dəyişdi, vəziyyəti ağırlaşdı. Türkiyəyə gedənə yaxın dedi ki, “Birdən mənə bir şey olsa, ölümümdən sonra mənə ad versələr, götürməyin!”. İncidi! Çünki Aygün illərlə o ada görə çalışdı, bacardığını elədi. Amma layiqincə istədiyini ala bilmədi”.
 
Bacısı Əməkdar artistin Suraxanı qəbiristanlığında dəfn olunmaq vəsiyyətindən də danışıb:
 
“Aygün küsmüşdü. Ona görə də vəsiyyət elədi ki, məni Yeni Suraxanı qəbiristanlığında dəfn edin, Fəxri xiyabanı istəmirəm. Ona görə də biz onun vəsiyyətini  böyük hörmətlə yerinə yetirdik”.
 
Link kopyalandı!
Son xəbərlər