Bizi sosial şəbəkələrdən izləyin:
"Bizim camiyədə olan insanların düşmənləri çox olur. Səhər saat 8-də atamın, bacımın qəbrini ziyarət etmişəm. Evdə oturanda fikirləşmirəm ki, atam, bacım rəhmətə gedib. Elə bilirəm bacım evində, atam bağdadır. Doğmalarını itirmək çətindir. Məcbursan güləsən, qəşəng görünəsən".
Bu sözləri müğənni Aynur Dadaşova "Tarixin bir günü" verilişində deyib.
Sənətçi rəhmətə gedən atasından və bacısından danışaraq, kövrəlib:
"Bir qadın kimi xoşbəxt deyiləm, niyə yalandan özümü aldadım. Hər zaman yüküm özümdən ağır olub. Xanım bir az gözəl görünəndə başlayırlar artıq söz deməyə. Deyirlər, bunu kim xoşbəxt edir? Bütün günü çalışıram, ora, bura gedirəm ki, Allah məni heç kimə möhtac etməsin". (Axşam.az)