Bizi sosial şəbəkələrdən izləyin:
"Mən Namiq sənətdə olanda o biri Namiq (meyxanaçı Namiq Qaraçuxurlu - red.) yox idi. Sonradan gəlib".
Bu sözləri Namiq Məna "Həmin Zaur" verilişində deyib. İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi sözlərinə etiraz edib:
"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı illərdə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib? Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, tərəqqi medallıyam". (Axşam.az)