Xatirənin COP29-la bağlı işlətdiyi ifadə gülüş obyektinə çevrildi - VİDEO
Şou-biznes
1958
02 Nov 2024 | 13:47

Xatirənin COP29-la bağlı işlətdiyi ifadə gülüş obyektinə çevrildi - VİDEO

Müğənni Xatirə İslam "Tik-Tok" sosial şəbəkəsində Bakı şəhərində müşahidə olunan pis qoxudan şikayətlənib.
 
Moderator.az xəbər verir ki, müğənni bununla bağlı paylaşdığı videoda noyabrda Bakıda keçiriləcək COP-29 tədbirində yarışmaların keçiriləcəyini deyib:
 
"Şəhərdən olduqca pis iy gəlir. Bunun neft, yoxsa qaz iyi olduğunu bilmirəm, bircə onu bilirəm ki, maşının içində oturmaq mümkün deyil. Əvvəllər belə şeylər olmazdı.
 
COP tədbiri də yaxınlaşır, buna görə şəhərimizə nə qədər qonaq gələcək, çəkilişlər, yarışmalar olacaq. Sizcə, bu iy nədən olar?"
 
Müğənninin bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən gülüşlə qarşılanıb, "hələ də bilmir ki, COP-29 yarışma tədbiri deyil", deyə şərhlər yazılıb.
 

 
 
Link kopyalandı!
Son xəbərlər