Nigar və Türkan arasında DAVA - VİDEO
Şou-biznes
1449
17 Sep 2024 | 13:28

Nigar və Türkan arasında DAVA - VİDEO

Əməkdar artist Nigar Şabanova küsülü olduğu həmkarı Türkan Vəlizadə barədə sualı cavablandırıb.
 
Bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
 
Aparıcı Zaur Nəbioğlunun “Türkan Vəlizadənin adını dedim mövzudan yayındınız. Ümumiyyətlə, bilirsiniz kimdən gedir söhbət?” sözlərinə Nigarın cavabı belə olub:
 
“Mənə sənətkarlar haqqında suallar verin, çünki qarşınızda adi bir oxuyan dayanmayıb. Artıq suallara cavab vermək istəmirəm. Sənətçilərlə sənətkarı qarışdırmayaq. Sual verəndə bilək kimə kimdən sual veririk. Özümdən cılızlar haqda danışmaram. Özümdən böyük sənətkarlara fikir bildirmək həddimə olmaz. Adi toyda oxuduğu “ladı” və hansı muğam üstündə olduğunu bilmədən qışqıra-qışqıra toyda qalanlar var”.
 
T.Vəlizadə isə iştirak etdiyi “Günə bax” proqramında N.Şabanovanın ittihamlarına belə reaksiya bildirib:
 
“Heç kimin ixtiyarı yoxdur ki, kiminsə sənəti haqqında fikir bildirsin. 16 ildir ifa edirəm, təkəbbürlü olmamışam, böyük – kiçik yeri bilmişəm və bu sənətə kiməsə söz atıb gəlməmişəm və gələndən sonra da reklamı kimlərləsə qazanmamışam. Aparıcılardan xahiş edirəm ki, müəyyən müğənnilərdən mənim haqda onlara sual verməsinlər. Çörək qazanmaq və sənət üçün hansı mahnını oxumaq lazım olduğunu çox gözəl bilirəm. Xahiş edirəm ki, hərə öz işi ilə məşğul olsun. Bu gün efirə çıxıb o böyük-böyük danışan… Çıxırlar meyxanaçılara və onlarla duet oxuyan müğənnilərə söz atırlar. Onlar özləri meyxanaçılarla mahnılar da ifa ediblər, onların sözlərinə bəstələnmiş nəğmələri də oxuyublar”. /Olay/

Whatsapp

Whatsapp kanalımıza abunə olun

Telegram

Telegram kanalımıza abunə olun

Facebook

Facebook səhifəmizə abunə olun

Bizim partnyorlarımız

Mənsum İbrahimovdan Təyyarın oğluna qadağa - VİDEO

  609  17.09.2024 12:40  Şou-biznes A  A 

  •  
  •  
  •  
  •  

Əməkdar artist Təyyar Bayramov uzun müddət sonra ilk dəfə oğlu Kənan Bayramovla efirə çıxıb.

Xanəndənin ad gününə həsr edilən "Qonaqcanlı"da oğlu onunla birlikdə mahnı oxuyub.

T.Bayramov deyib: "Dəvət etmisiniz, amma Kənanın mənimlə oxumasına hələ çox var. Kənan ikinci kursa keçib. Mənsum İbrahimov onun ustadıdır. O, oxumasına hələ icazə vermir". 

Müğənni bildirib ki, oğlunun səsinə görə bir müddət oxumasına icazə verilmir:

"Kənanın səsinə əziyyət olmaz. İnanırıq ki, yaxın vaxtlarda qaydasına düşəcək"./axşam.az

Whatsapp

Instagram kanalımıza abunə olun

Telegram

Telegram kanalımıza abunə olun

Facebook

Facebook səhifəmizə abunə olun

Aygün Kazımovanın geyimi müzakirələrə səbəb oldu - FOTO

  1146  17.09.2024 11:30  Şou-biznes A  A 

  •  
  •  
  •  
  •  

Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Reklam məqsədi ilə çəkilən çarxda Xalq Artistinin geyimi müzakirə mövzusu olub. Onun qısa, açıq-saçıq geyimi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Milli.Az fotoları təqdim edir:

Whatsapp

Instagram kanalımıza abunə olun

Telegram

Telegram kanalımıza abunə olun

Facebook

Facebook səhifəmizə abunə olun

Azərbaycanda bu məşhurların yaxın qohum olduğunu bilirdiniz? - Onlar qardaş imiş... - FOTOLAR

  1428  17.09.2024 10:43  Şou-biznes A  A 

  •  
  •  
  •  
  •  

Azərbaycanda bir çox məşhurların qohumluq əlaqələrindən çoxumuzun məlumatı var.

Sizə çoxlarımız üçün ilk dəfə biləcəyimiz məşhurların qohumluq əlaqələrini təqdim edirik:

İlk olaraq başlayaq mərhum Xalq artisti Ramiz Əzizbəyli və müğənni Nurlan Əzizbəylidən. Mərhum aktyor Nurlanın doğma əmisidir.


Xalq artisti, aktrisa Bəsti Cəfərova İTV-nin "Yeraltı" verilişinin aparıcısı Fidan Cəfərovanın anasıdır.


Qohum məşhurlardan söz düşdüsə, musiqiçilər Şahin, Nurlan, Tərlan və Arslan Növrəsli qardaşlarını qoyub keçmək olmaz. Bu dörd musiqiçi də doğma qardaşlardır.


Teleaparıcılar Murad Əzimzadə və Turan İbrahimovun dayıoğlu-bibioğıu olduğunu hələ də bilməyənlər var.


Müğənni Səidə Sultan teleaparıcı Nəsib Nurun baldızıdır./Titul.az

Bu siyahını daha da artırmaq olar.

Whatsapp

Instagram kanalımıza abunə olun

Telegram

Telegram kanalımıza abunə olun

Facebook

Facebook səhifəmizə abunə olun

Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu

  2099  17.09.2024 03:47  Şou-biznes A  A 

  •  
  •  
  •  
  •  

Azərbaycanda toyda qeyri-adi hadisə yaşanıb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakıdakı şadlıq saraylarından birində baş verib. Bəy öz atasını və müğənnini toyundan qovub.

Hadisəyə müğənninin açıq-saçıq geyimi səbəb olub. Məlumata görə, atanın başı toydan çox həmin müğənniyə qarışıb. Onunla çox rəqs edib və uzun müddət ətrafında dolaşıb. Bu da bəyin xoşuna gəlməyib.

Nəticədə əsəbiləşən bəy atasını və müğənnini toydan qovub.

Xanım müğənninin adı çəkilməsə də, onun tanınmış və fəxri adının olduğu bildirilir.

Whatsapp

Instagram kanalımıza abunə olun

Telegram

Telegram kanalımıza abunə olun

Facebook

Facebook səhifəmizə abunə olun

Məni o müğənni narkoman etdi - Video

  3743  17.09.2024 02:01  Şou-biznes A  A 

  •  
  •  
  •  
  •  

"Azəristar" yarışmasından tanınan müğənni Elmir Qəhrəmanov narkotikə necə qurşanmağından danışıb.

Musavat.com Milli.az-a istinadən xəbər verir ki, E.Qəhrəmanov zərərli vərdişə onu həmkarının qurşandırdığını bildirib.

Tanınmaz hala düşən sənətçinin ifası sosial şəbəkələrdə trend olub.

Link kopyalandı!
Son xəbərlər