Azərbaycanlı aparıcı getdiyi restorandan şikayətləndi:
Şou-biznes
1510
16 Sep 2024 | 16:23

Azərbaycanlı aparıcı getdiyi restorandan şikayətləndi: "Mənə Allahın çörəyini də vermədilər"

Aparıcı Çinarə Əliyeva restoranlardan birində xoşagəlməz halla qarşılaşıb.
 
O, nahar etmək üçün Ağ şəhərdə yerləşən restoranlardan birinə gedib.
 
Yemək üçün pomidor-yumurta sifariş edib. Lakin restoran işçiləri onun sifarişini qəbul etməyib.
 
Restoranda 1 saat gözləyən Çinarə "Mənə Allahın çörəyini də vermədilər" deyərək personala və restoran rəhbərliyinə etiraz edib.
 
Aparıcı bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. /BAKU.WS/

Link kopyalandı!
Son xəbərlər