Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Xatirə İslam ötən gün səhifəsində paylaşdığı şəklə fotoşop etməsi ilə bağlı iddialara cavab verib.
Moderator.az publika.az-a istinadən xəbər verir ki, ifaçı şəkildə heç bir fotoşop olmadığını bildirib.
"Bədən düzəldə bilmirəm. O bacarığım yoxdur. Mən ancaq fotoda üzə filter verə bilərəm. Bacarsaydım, o şəkildə ancaq qolumu düzəldərdim, böyük düşmüşdü. Haqqıma çox girirsiniz. Amma bir tərəfdən də yaxşıdır. Gör necə maraqlı düşmüşəm ki, elə bilirsiniz ki, fotoşop etmişəm. Amma heç nə etməmişəm. Nə varsa, odur", - deyə Xatirə İslam qeyd edib.