Şou-biznes
1560
03 Aug 2024 | 19:03

"Mərhum qalır bir tərəfdə, özündən danışır" - Cavidan Novruz

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial media hesabında maraqlı paylaşım edib.
 
 Aktyor verilişlərin mərhum sənətkarlarla bağlı hazırlanan buraxılışlarında qonaq olan bəzi sənətçiləri tənqid edib. O, qonaqların haqqında danışdıqları mərhum sənətçidən çox özlərini ön plana çəkdiklərini deyib.
 
"Hansısa mərhum sənətkar haqqında veriliş hazırlayırlar, həyatda olan sənət yoldaşlarını qonaq çağırırlar ki, gəl, onunla bağlı xatirələrini bölüş. O da gəlir xatirələrini bölüşməyə. Başlayır ki, yadımdadır bir dəfə onunla bir tamaşada oynayırdıq, mən boyda ondan hündür olduğum üçün... Yaxud da bir dəfə onunla bir yerə getdik tamaşaçılar gəldi mənimlə şəkil çəkdirdi. Deməli, haqqında danışdığı sənətkar qalır bir tərəfdə, həmin xatirələrin baş qəhrəmanı özü olur. Niyə?"- deyə, o yazıb.
 
Lent.az
Link kopyalandı!
Son xəbərlər