Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
8894
11 May 2024 | 16:07

Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT

Müğənni Ziba Osmanlı 8 May günarta saatlarında Suraxanı rayon ərazisində yerləşən məktəblərin birində idarə etdiyi və lizinq də olan"Çanqan" markalı avtomobili ilə 2 nəfər məktəblini vuraraq hadisə yerindən qaçıb. Uşaqları isə xəstəxanaya ağır xəsarət alan 2008-ci il təvəllüdlü Zəhra Elsəvər qızı Allahverdiyevanın atası "Baku Medical Plaza" xəstəxanasına çatdırıb. Birinin boyun fəqərəsi sınıb, digəri isə ayağlarından təcili əməliyyat olunub. 
 
Məlumata görə, hadisə müğəninin maşını səhv idarə etməsinə görə baş verib. Belə ki, müğənni azyaşlı uşaqları piyada keçidinin üstündə vurub. Ayaqlarından əməliyyat olunan şəxsin vəziyyəti orta ağırdır, həkimlər onun bir neçə il yeriyə bilməyəcəyini deyir. Avtomobil onun ayaqları üzərindən keçib. 
 
Faktla bağlı Suraxanı rayon Polis idarəsində araşdırma aparılır
Link kopyalandı!
Son xəbərlər