Özünü mərhum şair və meyxanaçı Nizami Rəmzinin qızı kimi təqdim edən müğənni Reyhan efirə çıxıb.
Moderator.az bizim media-ya istinadla xəbər verir ki, reabilitasiya mərkəzlərinin birində narkotik asılılılığına görə müalicə alan Reyhan "Bizimləsən" ictimai-sosial verilişinə gələrək oradaki həyatından söz açıb.
24 il alkoqol və narkotik alüuəçisi olduğunu söyləyən Reyhan bildirib ki, 7 ayda bu kimi asılılılıqlarından uzaqlaşıb:
"Köhnə görüntülərimə (Nail Naiboğlunun çəkib öz "YouTube" kanalında yayımladığı Reyhanın acınacaqlı vəziyyəti) baxmaq istəmirəm. Ailə qurmamışam və övladlarım da yoxdur. Reabilitasiya mərkəzində müalicə aldığım zaman və daha əvvəl atamın məzarını ziyarət etməmişəm. Mən o halda və vəziyyətdə deyildim. Özümü ziyarət edən adam lazımdır.
Mərkəzdən çıxmışam, birbaşa bu verilişə gəlmişəm. Artıq 7 aydır ki, ayığam və aludəçilikdən uzağam. Atamın qohumlarının məni axtarmağa borcu yoxdur. Amma insan umduğu yerdən küsər. Mənim vəziyyətimdən çox insanlar xəbərdar idi. Ürəkdən və içdən istəsəydilər, mənə əl uzada bilərdilər. Amma bunu etmədilər. Məndə heç kimə ağız açmadım.
Bir-iki insan oldu ki, onlara kömək üçün yazdım. Amma məni "yola verdilər". Bundan sonra onlarla da tamamilə əlaqəmi kəsdim. Bugünki gün mən ailəmi, bacılarımı, qardaşlarımı 7 aydır ki, müalicə aldığım reabilitasiya mərkəzində tapmışam. Onlar mənə yetimliyimi hiss etdirmədilər. Onlara ölənə kimi minnətdaram.
Bu insanlar məni yenidən həyata, sağlam düşüncəyə, düzgün yola qaytardılar. İndi qalır ki, onların dediklərinə və tövsiyələrinə əməl etməyim. 24 il narkotik və içkidən istifadə etmişəm. Hər şeylər olub... Bu müddət boyunca isə mən həyata ayıq baxmamışam. Məni reabilitasiya mərkəzinə təkliyim, özbaşına qalmağım, yalnış çevrəm gətirib. Yaxşı zamanlarımda yanımda insanlar, rəfiqələrim var idi. Aludəçilikdən sonra onlar yoxa çıxdılar".
Qeyd edək ki, şair və meyxanaçı Nizami Rəmzinin qızı Heyran bir neçə gün əvvəl "Elgizlə izlə" ictimai-sosial verilişinin efirinə çıxaraq Reyhandan DNT analizi tələb edib.
Buna səbəb Reyhanın N.Naiboğluya müsahibəsi zamanı söylədiyi "Mənim heç bir qohumum, yaxınım yoxdur" sözləri olub. Heyran isə Reyhana mütamadi olaraq maddi dəstək durduğunu və "Madəm ki, bu qədər yaxşılıqdan sonra Reyhan məni yaxını kimi qəbul etmir məndə onu atamın qızı kimi qəbul etmirəm" fikirləri olub.