Bizi sosial şəbəkələrdən izləyin:
Məşhur müğənni Sezen Aksunun səhnəyə çıxmamasının səbəbi açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə onun yaxın rəfiqəsi Emel Müftüoğlu açıqlama yayıb.
O bildirib ki, Sezen səhnəyə hər çıxışında həyəcanlanıb stress keçirirmiş:
"Hər dəfə səhnəyə çıxanda çox həyəcanlanırdı və stress keçirirdi. Səhnəni buraxmasaydı, onun səhhətinə pis təsir edəcəkdi. Sezen empatiya duyğusu yüksək olan xanımdır. Bu o dərəcədədir ki, bir dəfə film izləyəndə ağladı və halı pisləşdi. Onu təcili yardımla xəstəxanaya apardıq".