Nigar Camal: “Avropada xanımlara yaxınlaşıb nömrə almırlar”
2320
01 Mar 2024 | 18:05

Nigar Camal: “Avropada xanımlara yaxınlaşıb nömrə almırlar”

“Avropada salam verirsən, danışırsan, heç kim demir ki, nömrəni ver”.
 
Olay.az xəbər verir ki, bu barədə müğənni, “Avroviziya” qalibimiz Nigar Camal televiziya verilişlərindən birində qonaq olarkən danışıb.
 
Nigar Avropadakı və ölkəmizdəki insanların reaksiyalarından söz açıb:
 
“Elə adamlar var, deyirsən, bahar gəlib. Deyirlər ki, küçədə soyuqdur. Təbii ki, soyuq da olacaq. Əsas daxilində sevgi, istilik varsa, sevinc olacaq. Hərdən gedirsən, insanların üzünə baxırsan, nəsə qəribə reaksiya verir. Avropada salam verirsən, danışırsan, heç kim demir ki, nömrəni ver. Xanımlara bizdəki kimi yaxınlaşmaq söhbəti yoxdur”.
 
Link kopyalandı!
Son xəbərlər