Sevda da yaşadığı küçənin baxımsızlığından şikayət etdi
Şou-biznes
1850
23 Jan 2024 | 17:07

Sevda da yaşadığı küçənin baxımsızlığından şikayət etdi

Müğənni Sevda Əliqızı yaşadığı Masazır qəsəbəsindəki yoldan şikayət edib. 

Sənətçi bununla bağlı "Günə son" proqramında danışıb. O bildirib ki, küçə o qədər pis haldadır ki, taksi belə ora gəlmir:

"Yeni binalar tikilənsən yollar bərbad olub. Uşaqlar yıxılır, insanlar ayağına polietilen torba bağlayır. Kanalizasiya iyindən dayanmaq olmur".

Qeyd edək ki, bundan əvvəl Xalq artisti Brilliant Dadaşova da Buzovna qəsəbəsində küçənin baxımsız olmasından şikayətlənmişdi.

Link kopyalandı!
Son xəbərlər