Müğənni Sivvadan ayrılıq - FOTO/VİDEO
Şou-biznes
2622
13 Jan 2024 | 13:15

Müğənni Sivvadan ayrılıq - FOTO/VİDEO

Müğənni-bəstəkar Sivva (Sevinc Ağasıyeva) son günlər ayrılıqla bağlı paylaşımları ilə diqqət çəkib. 

Sənətçinin paylaşımlarının səbəbi açıqlanıb. Onun yeni layihəsi olduğu ortaya çıxıb. 

Belə ki, Sivva “Ayrıldıq” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. Bəstənin sözləri və musiqisi müğənninin özünə məxsusdur. 

“Bir çox yaradıcı insan, daha çoxu da rəssamlar öz portretlərini çəkirlər. Çox vaxt bu abstrakt bir əsər olur. “Ayrıldıq” isə mənim portretimdir. Mən onu ən depressiv vəziyyətimdə yazmışam. İki il yolunu gözlədiyim bu portretdə mənim daxili dünyamla tanış ola bilərsiniz”, - deyə Sivva yeni layihəsi barədə açıqlamasında deyib. 

“Ayrıldıq” ifaçının rəsmi “Youtube” kanalında yerləşdirilib.

Klipi təqdim edirik:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər