Norayr Demirci vəfat etdi
1940
07 Dec 2023 | 23:14

Norayr Demirci vəfat etdi

Türkiyənin ilk aranjimançılarından biri kimi tanınan Norayr Demirci vəfat edib.

O, uzun müddət yaşadığı Amerikada böyrək çatışmazlığından 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Norayr həm bəstəkar, həm də yazar kimi fəaliyyət göstərib. Ümumilikdə 466 əsərdə onun da imzası olub. O, 1961-ci ildə dövrün önəmli musiqiçiləri ilə birlikdə öz orkestrini qurub və illərlə xaricdə, xüsusilə Almaniyada çıxış edib.

Link kopyalandı!
Son xəbərlər