Ebru Gündeşdən sonra Demet də bundan imtina etdi
Şou-biznes
2361
11 Oct 2023 | 18:05

Ebru Gündeşdən sonra Demet də bundan imtina etdi

Türkiyəli müğənni Demet Akalın "Altın Kelebek" mükafatlarına namizəd göstərilməsini istəmir.

Bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, bu ildən etibarən sözügedən mükafatlara namizəd göstərilməmisini istəyib.

"Haqqımız olan illərdə vermədilər, olmayanda isə verməsinlər. Namizəd, filan da olmayacağam. Əsla bu müsabiqə üçün vaxt, enerji sərf etməyin. Çünki nə namizəd, nə də mükafata layiq olmaq istəyirəm" deyə, Akalın vurğulayıb.

Qeyd edək ki, daha əvvəl türkiyəli müğənni Ebru Gündeş də müsabiqələrə namizəd göstərilmək istəmədiyini demişdi.

Link kopyalandı!
Son xəbərlər