Rusiyanın Birinci Kanalında Azərbaycanın xalq mahnısı səsləndi - VİDEO
Şou-biznes
4772
16 Sep 2023 | 13:41

Rusiyanın Birinci Kanalında Azərbaycanın xalq mahnısı səsləndi - VİDEO

Rusiyanın Birinci Kanalının “Qolos. Deti-3” (“Səs. Uşaqlar-3”) televokal şousunun finalçısı Azər Nəsibov yenidən məşhur layihənin səhnəsinə çıxıb. O,“Qolos. Uje ne deti” (“Səs. Artıq uşaq olmayanlar”) layihəsinin “kor dinləmələr”ində iştirak edib.

“Qolos. Uje ne deti” “Bütün Ulduzlar”ın (“All Stars”) formatıdır və burda “Qolos” uşaq müsabiqəsinin keçmiş 10 mövsümünün hər hansı birində səhnəyə çıxmaq şansı olanlar iştirak edir. “Qolos. Deti”nin müxtəlif illərdəki ulduzları layihəyə yetkin halda və təcrübə, ifaçılıq bacarığı qazanaraq qayıdırlar.

“Qolos. Uje ne deti” şousunun komandalarının mentorları Dima Bilan, Pelageya, Polina Qaqarina və Yeqor Kriddir.

“Kor dinləmələr” zamanı Azər Nəsibov “Beggin” mahnısını ifa edib, onun səsinə Polina Qaqarina dönüb. İfaçı layihədə iştirakını onun komandasında davam edəcək.

Mentorlar Azər Nəsibovdan başqa bir bəstə ifa etməyi xahiş ediblər və müğənninin seçimi Azərbaycan xalq mahnısı “Sarı gəlin” olub. Təlimatçılar kompozisiyanın ifasından məmnun qalıblar.

Xatırladaq ki, Nəsibov 2016-cı ildə “Qolos. Deti” vokal şousunda iştirak edib. Həmin vaxt “kor dinləmələr” zamanı “Maybe I, maybe you” mahnısını ifa edib. Həmin vaxt o, sensasiya yaratmışdı - münsiflər heyətinin bütün üzvləri Azərin səsinə geri dönmüşdü. Azər Nəsibov isə mentor olaraq Pelageyanı seçmişdi.

Azər Nəsibov “Qolos. Deti-3” vokal şousunun finalçısıdır.

 

Link kopyalandı!
Son xəbərlər