2192
10 Jul 2023 | 16:53

"Qardaşım səhnəyə çıxdığıma görə 10 il məni dindirmədi"

"Qardaşımla küsülüyümü bütün media bilirdi. Amma qardaşım zaman-zaman mənimlə fəxr edirdi. Əfsus ki, indi həyatda yoxdur. Gedib onun məzar daşını qucaqlayıram".
 
Bu sözləri müğənni Nazənin ARB televiziyasında yayımlanan "Özəl" verilişində sənətə gəldiyi üçün qardaşı Əlizaminlə illərlə küsülü olduğunu etiraf edərkən deyib:
 
"Qardaşımla vaxtilə çox mehriban olmuşuq. Səhnəyə çıxdığıma görə 10 il məni dindirmədi. Mən də 30 ilə yaxındır səhnədəyəm. Sanki öləcəyini bilirdi və son vaxtlar hər şeyi mənimlə məsləhətləşirdi. Onun adı Əlizamin idi, sanki mənə ata idi. O, evdən yox, eldən getdi. Üç oğlu var, hər biri də evlənib. Amma qardaşımın yerini heç kim verə bilməz.
 
Qardaşlarımın xarakteri ağır idi. Anam onlara deyirdi ki, həyat yoldaşı var, o, aparıb-gətirir. Bu işə qarışmayın! Qardaşlarıma söz verdim ki, sizin başınızı aşağı salacaq heç bir iş görməyəcəm. Hər zaman fəxr edəcəksiniz!"
 
Bəzi şərəfsizlərə çox üzüldüm ki, mən bu sənətə əziyyətlə gəlmişəm. Bu sənətı aclıqdan gəlməmişəm. Heç vaxt kasıb olmamışam. Amma bəziləri ucuz reklam etdiklərinə görə məni ləkələyib aşağı salmaq istəyirdilər. Onları qəbul edə bilmirdim. 27 ildir sizin qarşısınızda artıq bir hərəkət etmədim. Bu özümə, ailəmə, övladlarıma, tamaşaçılarıma və boya-başa çatdığım yerə olan hörmətim, izzətimdir".
Link kopyalandı!
Son xəbərlər