21:01
13°C
Bakı
Türkiyəli aktrisa Serenay Sarıkayanın yeni layihəsi bəlli olub.
Aktrisa "Netflix"də yayımlanacaq "Kimler geldi, kimler geçti" serialında rol alacaq. O, layihədə "Leyla" obrazına həyat verəcək. Onun 3 əsas tərəf müqabilindən birinin aktyor Metin Akdülger olduğu bildirilib.
Qeyd edək ki, Serenay hazırda "Aile" serialında rol alır və ekran işi 13-cü bölümdə mövsüm finalı edəcək.