Şou-biznes
3587
28 Mar 2023 | 17:59

"Hülya Avşar səsimin, sənətimin yanında heç kimdir" - Canlı yayımda mübahisə - VİDEO

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşanə Ağasəfqızı arasında canlı yayım zamanı mübahisə yaşanıb.

Xanəndə qonaq olduğu "Space səhər" proqramında sənətindən yox, şəxsi həyatından yazılmasından gileylənib:

"Hazırda cəmiyyətin zövqünü körlamasında mətbuat və televiziya günahkardır. Muğam oxuyanda, mənim sənətimi dəyərləndirmirdilər. Amma ailəsi dağıldı, hamı verdi".

Onun bu sözlərinə Rövşanə "Haradan bilirlər? Siz deməsəniz, hardan bilinəcək? Mənim də ailəmdə problemlər olub, niyə yazılmır? Sizdən də məşhuram" sözlərini deyib.

Nigar isə aparıcıya əsəbiləşərək "Sual verdiniz, imkan verin cavab verim. Öz sualınıza özünüz cavab verirsiniz" deyə, bildirib. Şabanova "

Rövşanənin "Hülya Avşarın, Sibel Canın ailəsi maraqlıdır. Siz də məşhursunuz, hamıya maraqlısınız" sözlərinə Nigar "Hülya Avşar mənim üçün heç kimdir. Səsimin, sənətimin yanında heç kimdir. O, nə böyük adamdır, sənəti nədir ki?" reaksiyasını verib.

Bundan sonra xanəndənin efirdə mikrofonunu bağlayıblar. /axşam.az/

Link kopyalandı!
Son xəbərlər