Geyimini, yeyib-içdiyini paylaşanları tənqid etdi
3131
18 Feb 2023 | 20:32

Geyimini, yeyib-içdiyini paylaşanları tənqid etdi

Türkiyəli aktrisa Gizem Karaca sosial media hesabındakə paylaşımı ilə diqqət çəkib.

Aktrisa Türkiyədə baş verən güclü zəlzələdən sonra davam edən mövcud ağır vəziyyətdə həmkarlarını sosial media paylaşımlarına görə qınayıb. 

"Normallaşmaq adı ilə bu qədər mənasız, bu qədər rahat paylaşımlar edə bilməzsiniz. Bu qədər asan ola bilməz. Kimlər nələr yaşayır, nə qədər həyatlar yenidən qurulmağa çalışılır, nə yaralar sağalır. Bir müddər sosial medianı onlar üçün lazımlı formada istifadə edə bilməzsiniz? Həqiqətən çox çətindir bir müddət yediyiniz yeməyi, içdiklərinizi, salonda fenlədiyiniz saçlarınızı, güzgüdə libasınızı, idmanınızı, oranızı-buranızı göstərməmək? Sizə bəlkə də heyran qalan minlərlə evlərindən çıxmaq məcburiyyətində qalan və o gözəl həyatınızı izləyənlər var. Sizcə bu onlara özlərini yaxşı hiss etdirir? Məncə bunun da bir ədəbi olmalıdır. Xahiş edirəm diqqət edək" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, Gizem hazırda "Alparslan: Büyük Selçuklu" serialında rol alır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər