Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan danışdı:
Şou-biznes
3527
17 Feb 2023 | 12:08

Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan danışdı: "Üzbəüz gələndə ona..." - VİDEO

Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb.

O, mövzu barədə TikTok-da canlı yayım zamanı açıqlama verib. ƏLəkbər deyib ki, hazırda həbsxanada olan Rəşadla görüşəcək:

“Rəşad da bizim evdə böyüyən uşaqdır. Onun barəsində heç nə danışmıram. Çünki mənə verəcək cavabı yoxdur. Dörd divar arasındadır, qolu bağlıdır. İnşallah görüşəcəyik, üzbəüz gələndə mənim ona, onun mənə deyiləcək sözü olacaq. Bir insan ki, mənə cavab vermə imkanı yoxdur. Ona nə gəldi demək mənə yaraşmaz. İnşallah yaxşı olur”.

Qeyd edək ki, meyxanaçı İskəndər Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(OLAY)

Link kopyalandı!
Son xəbərlər