Leyla Ramazanlı 2023-cü ilin ilk layihəsini təqdim etdi - VİDEO
2889
14 Jan 2023 | 17:22

Leyla Ramazanlı 2023-cü ilin ilk layihəsini təqdim etdi - VİDEO

Müğənni Leyla Ramazanlı 2023-cü ilə olan ilk layihəsini təqdim edib.
    
Moderator.az xəbər verir ki, sənətçi sözləri Kübra Kərimli, musiqisi Sevinc Tağıyeva, aranjimanı isə İslam Şirvaniyə məxsus olan "Qanadlarını aç" mahnısını ekranlaşdırıb. 
 
Bildirilib ki, klipin sosial mesajı “Heç nəyə baxmadan öz məqsədlərinə doğru irəliləmək"dir. Leyla təqdim etdiyi bu yeni layihəsində qadın hüquqlarına diqqət çəkib. Son bir neçə ildə Azərbaycanda selektiv abortların sayı kəskin artıb. 
 
6 aya ərsəyə gələn ekran işinin üzərində olduqca peşəkar yaradıcı heyət çalışıb. Klipin rejissorluğunu isə Mariya Zhelondievskaia və Yevgeniy Rodin edib. Layihənin prodüseri və rəhbəri Kamran Aydınovdur.
 
Klip sənətçinin rəsmi “YouTube” kanalında və digər musiqi platformalarında yayımlanıb.
 
Qeyd edək ki, layihə rəhbəri K.Aydınov 73-cü Kann kino festivalının “La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına düşən ilk Azərbaycan filmi “Axşama doğru”nun da prodüseri olub. O həmçinin  Amerika Kino Akademiyasının “Oskar” mükafatına namizəd olan “Daxildəki ada” filmində də icraçı prodüseri olub.
 
Klipin rejissoru M.Zhelondievskaia Rusiyada eksperimental filmlərdə rejissor kimi çalışıb. Y.Rodinin filmləri isə Kann, Venesiya, Rotterdam, Hollandiyada keçirilən nüfuzlu festivallarda təqdim olunub və mükafatlar qazanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər