“Məhəbbət nəğməsi”nin klipi təqdim olunub - VİDEO
3618
10 Jan 2023 | 18:11

“Məhəbbət nəğməsi”nin klipi təqdim olunub - VİDEO

 

Əməkdar artist, sevilən müğənni Zakir Əliyev “Məhəbbət nəğməsi” adlı məşhur mahnısının klipini təqdim edib.
 
Moderator.az xəbər verir ki, mahnının söz və musiqisi tanınmış şair Mətləb Ağayevin (Mətləb Ağa), aranjemanı Rəşad Hüseynovundur.
 
Klipin ideyası da mahnının müəllifi Mətləb Ağaya məxsusdur.
 
Klipin rejissoru “Aldanmış hisslər”, “Sükutun fəryadı”kimi məşhur teleseriallara, habelə, yeni ilin ilk günlərində qala gecəsi keçirilmiş “Toy tələsi” kinokomediyasına səhnə həyatı vermiş məşhur rejissor Faiq Nağıyevdir.
 
Klipdə əməkdar artist Zakir Əliyev özü və Gənc Tamaşaçılar Teatrının aktrisası Xəyalə Meydanova çəkiliblər.


Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər