“Neftçi” bu legioneri komandada SAXLAYACAQ
418
01 Dec 2025 | 16:24

“Neftçi” bu legioneri komandada SAXLAYACAQ

"Neftçi" yayda heyətinə qatdığı Freddi Varqasla bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərməyi bacaran venesuela ilə böyük ehtimalla 2+1 illik müqavilə imzalanacaq.

Varqas yayda mövsümün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsi ilə “Neftçi”yə cəlb edilib. Hazırda futbolçu müqavilə ilə “Makkabi”(Netanya) klubuna məxsusdur.

Varqasın özünün də, “Neftçi”də qalmağa müsbət yanaşdığı bildirilir.

“Deportivo Lara”, “Metropolitanos”, (hər ikisi Venesuela)”Makkabi Bney Reyneh” komandalarında da oynamış Varqas bu mövsüm “Neftçi”də keçirdiyi 13 matçda 2 qol vurub, 2 asist edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər