Bizi sosial şəbəkələrdən izləyin:
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "7 canlı" proqramında qonaq olub.
Sənətçi verilişdə aparıcı Vüsalə Əlizadənin "Hər kəsin yanında zəngləri, ismarıcları aça bilərsən" sualına cavabı ilə diqqət çəkib:
"Məndə bununla bağlı heç bir problem yoxdur, Hətta telefonu evdə unutsam, deyirəm ki, qalsın, gələndə götürərəm. Zənglərə cavab verir. Çünki altdan gördüyüm işlər yoxdur. Əslində böyük bir cəsarət tələb edir ki, telefona açıq şəkildə rahat cavab verəsən. Vaxt var idi telefonu qorxa-qorxa işlədirdim. Elə zamanlarım da olub. Allah ailələri qorusun. Bu çox böyük güvən tələb edir".
Qeyd edək ki, Hüseyn ikinci dəfə ailə qurub. O, aktrisa Aysel İbrahimova ilə evlidir. Cütlüyünün bir oğlu var.