Rəhim Rəhimlinin hamıdan GİZLƏTDİYİ SEVGİLİSİ:
3730
05 Dec 2022 | 12:27

Rəhim Rəhimlinin hamıdan GİZLƏTDİYİ SEVGİLİSİ: "Fikirləşirdi ki, ailə quraq" - VİDEO

"Hər gün Rəhimin qəbrinə gəlirəm. Evdə nə gecəm, nə də gündüzüm var. O gedəndən hələ də yoxluğuna alışa bilmirəm. Nə havam, nə də suyum çatır. Elə bilirəm ki, qaranlıq bir yerdəyəm".
 
Bu sözləri mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi Huri xanım deyib. O, "Maqazin plus"a açıqlamasında Rəhimin ondan küsülü vəfat eydiyini bildirib. Huri Rəhimin ailə qurub övlad sahibi olmaq istəyindən də danışıb:
 
"O rəhmətə gedəndə burada deyildim. Ölkə xaricində idim. Dostları zəng vurdu. Dedilər, artıq Rəhim həyatda yoxdur. O məndən küslü getdi. Rəhim əvvəllər fikirləşirdi ki, ailə quraq, övladımız olsun. Ən çox oğlan övladı arzulayırdı. Deyirdi ki, heç olmasa məndən sonra yolumu davam etdirən olsun. Amma olmadı. Bu da qismət".
 
Xatırladaq ki, Rəhim Rəhimli bu il oktyabrın 30-da kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.

Link kopyalandı!
Son xəbərlər