Brilliant illər sonra AÇIQLADI: “Onda uşaq idim, bunu başa düşmürdüm”
Şou-biznes
3455
26 Nov 2022 | 15:50

Brilliant illər sonra AÇIQLADI: “Onda uşaq idim, bunu başa düşmürdüm”

Xalq artisti Brilliant Dadaşova illər sonra atası ilə bağlı xatirəsini bölüşüb.
 
Sənətçi illər öncə atası Süleyman Dadaşovun bəstələdiyi, amma üzə çıxarmadığı bir mahnını üzə çıxarıb. “Zəngəzur yallısı” adlı həmin musiqiyə mətn yazdıraraq repertuarına daxil edib:
 
“Atam 1950-ci illərdə “Zəngəzur yallısı” adlı bir mahnı yazıb. Yadımdadır ki, erməni əsilli bir qonşumuzla oturub nərd atanda bu barədə ona danışdı və dedi ki, yadında saxla, bir gün onu sizdən geri alacağıq. Mən o zaman uşaq olduğum üçün bunun mahiyyətini anlamırdım. Bunu ona dəfələrlə deyirdi. Həmin qonşunun arvadı gəlib məndən soruşurdu ki, atan yoldaşıma nə deyir ki, o hər dəfə evə gələndə “valerian” içir. Mən o musiqini Vüqar Əhmədə göndərdim, gözəl bir mətn yazdı”.
 
Sənətçi zəfər çalmağımızla atasının istəklərinin gerçək olduğunu bildirib.
 
Müğənni bu sözləri “Ovqat” verilişində deyib.
Link kopyalandı!
Son xəbərlər