Dünyanın bir sıra ölkələri “Avroviziya-2023”də iştirakdan imtina edib
Şou-biznes
3886
16 Oct 2022 | 18:00

Dünyanın bir sıra ölkələri “Avroviziya-2023”də iştirakdan imtina edib

Dünyanın bir sıra ölkələri Liverpulda keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib.
 
Bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.
 
Onlar Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.
 
Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur.
 
Şimali Makedoniyanın MRT telekanalının məlumatına görə, ölkə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə İngiltərəyə də müsabiqə iştirakçısı göndərməyəcək. Eyni zamanda Şimali Makedoniya “Junior Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etməyib.
 
Bunun ardınca Bosniya və Herseqovinanın BHRT yayım şirkəti də ölkənin müsabiqədə iştirak etməyəcəyini bildirib. Ölkə 2017-ci ildən maliyyə problemlərinə görə müsabiqədə iştirak etmir və bu il də, gələn il də musiqi yarışmasına “qayıtmaq şansı” yoxdur.
 
Bolqarıstandan olan “OGAE Greece” yayımçısı ölkənin bu il iştirak etməyəcəyini vurğulayıb. Əlavə edib ki, “bu proqram artıq onun üçün maraqlı deyil”, ona görə də yəqin ki, müsabiqədən həmişəlik imitna edəcək.
 
Bundan əlavə, Sloveniyadan olan iştirakçının da qarşıdakı müsabiqədə çıxışı şübhə altındadır.
Link kopyalandı!
Son xəbərlər