Bu il kanallarda nümayiş olunan Yeni il şousu çox tənqid olundu. 31 dekabr günü kanalların reytinq cədvəli açıqlanıb. Məlum olub ki, bayram axşamı ən çox izlənilən kanal ARB telekanalı olub. Yerli televiziyalara baxış isə əvvəlki illərə nisbətən artıb.
Mövzu ilə bağlı tanınmış prodüser Oqtay Əliyev Moderator.az-a danışıb:
“Yeni il şousunu bu il heç bir kanal etmədi. Kanallarımız bayram axşamı üçün yüngülvari bir şou hazırlamışdı. Bayram günü kanallara yeni çəkilən komediya filmləri reytinq qazandırdı. Bayram axşamı kanalların əvəlki illərə nisbətən bu dəfə xüsusi hazırladıqları böyük konsertlər yox idi. Yəni il axşamı kanallarda bayram şousu əvvəlki illərə nisbətən zəif idi. Bizdə də maliyyə baxımdan şou az oldu, onun yerinə kanallar filmlərlə reytinq qazandılar. Onlara da reytinq lazım idi.
Türkiyədə belə bir ənənə var, əgər mega star Tarkan yeni il axşamı filan kanalda olacaqsa bunun öncədən anonsu verilir. Bizdə elə deyil axı. Kanallar 10 müğənnini yığır bir şou layihəsinə, onlar da o kanal sənin, bu kanal mənim gəzirlər. Bütün saytlar yazır ki, gecə müğənnidən başqa bir şey olmadı. Kanallar da müğənnini azaldanda deyirlər bayram niyə sönük keçdi? Camaat hansısa xarici kanala baxdığını öz filmlərimizə baxıb da, daha nə istəyirsiniz?”.
Xəyalə Rəis