“Bu ay Mədəniyyət Nazirliyi Yeni il ərəfəsində sənətkarlara fəxri adlar verəcək. Çox istərdim ki, bu dəfə Nadir Qafarzadəyə də fəxri ad versinlər. Uzun müddətdir ki, səhnədədir, inşallah, verilər”.
Bu sözləri Moderator.az-a açıqlamasında rejissor, aktyor Kənan Mahmudov (M.M.) bildirib:
“Nadir Qafazradə uzun müddətdir səhnədə, fəaliyyətdədir. Bu ad onun haqqıdır. İnşallah, bu dəfə ona da fəxri ad verilər”.
“Uzun müddətdir ki, siz də yaradıcılıqla məşğulsunuz, bəs nə üçün özünüz üçün bu adı istəmirsiniz” sualımıza rejissor ona adın xalq tərəfindən verildiyini bildirdi:
“Mənim adımın qarşısında olan M.M-lərə dəyməsinlər, mən fəxri ad, filan istəmirəm. Həm də düşünmürəm ki, ad alacaq qədər nələrsə etməmişəm. Türkiyənin tanınmış serialı olan “Savaçı”-da çəkildiyim 40 bölümdən başqa”.
Xəyalə Rəis