Mügənni Rəqsanənin qoluna Heydər Əliyevin adını yazdırması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, özü və ailə üzvlərinin adı insan alverində, həmçinin, digər qalmaqallı olaylarda hallanan müğənninin bu hərəkəti sərt tənqid edilir.
Moderator.az-a açıqlamasında Milli Məclisin Mədənəiyyət Məsələləri Komitəsinin sədri Nizami Cəfərov Rəqsanəni bu əməlinə görə, qınayıb: “Rəqsanənin Ulu Öndər Heydər Əliyevin adını qoluna döydürməsi tam səviyyəsiz, hətta mən deyərdim ki, tərbiyəsiz hərəkətdir. Onun bu hərəkəti qeyri-ciddi məişət səviyyəsidir. Əgər o, ümumilli liderimizə hörmət edirsə, bunu etməməli idi. Rəqsanə gedib dədəsinin adını oraya yazmalı idi”.
Millət vəkili Aqil Abbas isə Moderator.az-a açıqlamasında bildirib ki, Rəqsanəni tutub cəzalandırmaq lazımdır: “Onu tutub aparıb, harasına yazdırıbsa, sildirmək lazımdır. Rəqsanə olmasın başqası olsun. Bu tərbiyəsizlikdir. Axı o kimdir? Kim icazə verib ona?”.