Müğənni Rəqsanənin mərhum prezident H.Əliyevin imzasını bədəninə döydürməsi millət vəkillərinin etirazına səbəb olub. Moderator.az-ın AzNews.az-a istinadən verdiyi xəbərə görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov deyib ki, müğənnilər müəyyən səviyyəyə çatandan sonra yollarını azır: “Səhnə üçün qəbul olunmuş yol var. O da istedaddır. Bunlar müəyyən səviyyəyə çatandan sonra yollarını azır. Qəribə şeylər meydana çıxır. Şəkil, geyimlər, nə bilim, elə şeyləri müzakirə edirlər ki, bunun nə mədəniyyətə, nə də musiqiyə aidiyyəti yoxdur”.
Deputat deyib ki, əslində müğənnilər gərək münasibətləri bu həddə çatdırmasınlar: “Sənət və sənətkarlıqla gündəmə gəlmək lazımdır. Yoxsa geyindim, soyundum, bu, söhbət deyil. Gərək müğənni də səviyyəsini gözləsin. Ayıbdır”.