Bizi sosial şəbəkələrdən izləyin:
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti İlhamə Quliyevadan xəbər var. Lent.az-a açıqlama verən xalq artistinin oğlu Orxan Nadirov bildirib ki, İ.Quliyeva bu həftə evə buraxılacaq: “Hazırda anam həkimin nəzarətindədir. Allaha çox şükür edirəm ki, səhhəti müsbətə doğru irəliləyir. Xəstəxanaya yerləşdirən zaman isə səhhəti çox pis idi. Anamın müalicə həkimləri çox sağ olsunlar. Özünü indi yaxşı hiss edir. Allahın köməkliyi, həkimlərin izni ilə anam bu həftə buraxılmalıdır. Həkimlər razı olsalar, bu baş tutacaq”x9d.