Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” adlı yeni klipini təqdim etdi - FOTO/VİDEO
Şou-biznes
1455
04 Nov 2026 | 14:35

Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” adlı yeni klipini təqdim etdi - FOTO/VİDEO

Xalq artisti Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib.
 
Moderator.az xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjimanı və səs uzlaşması Samir Sultanov tərəfindən hazırlanıb. Layihənin vokal prodüseri İsmayıl Əsədovdur.
 
Bakıda lentə alınan klipin rejissoru Delee Oruclu, quruluşçu operatoru Abid Məmmədovdur. Ekran işində Nadejda Romanova və Əli Həsənov rol alıblar.
 
Layihənin foto çəkilişlərini Həsən Əliyev, müğənninin saç və makiyajını isə tanınmış stilist Elnur Həsənov edib.
 
Layihə Nigar Hacızadənin prodüserliyi ilə həyata keçirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər