Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Avroviziya təmsilçisi Samira Efendi və reper Rio yeni musiqi layihələrini təqdim ediblər. İfaçıların birgə ərsəyə gətirdiyi “Hara Getsəm” adlı mahnı dinləyicilərin ixtiyarına verilib.
Moderator.az xəbər verir ki, Azərbaycan musiqi səhnəsinin fərqli janr və ifa üslubları ilə seçilən iki sənətçisinin əməkdaşlığı diqqət çəkib. Pop musiqidəki fərqli ifa tərzi ilə tanınan Samira Efendi və rep janrının təmsilçisi Rio bu layihədə bir araya gələrək dinləyicilərə yeni musiqi təqdim ediblər.
“Hara Getsəm” sənətçilərin yaradıcılığında maraqlı əməkdaşlıq nümunəsi kimi diqqət çəkir. Fərqli musiqi istiqamətlərinin birləşdiyi layihənin dinləyicilər tərəfindən necə qarşılanacağı isə maraq doğurur.
Qeyd edək ki, Samira Efendi Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki təmsilçisi kimi tanınır.