Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş
Şou-biznes
1384
06 Aug 2026 | 23:13

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Aktrisa Sonaxanım Əliyeva arıqlamaq üçün dərmanlardan istifadə etdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, o, bu barədə “Günorta efirdəyik” verilişində danışıb.

Aktrisa bildirib ki, insulin dirənci, şəkərə meyillilik, qaraciyər piylənməsi və yüksək xolesterin problemi yaşayıb. Onun sözlərinə görə, həkimin təyin etdiyi preparatlar iştahasını və şirniyyata olan istəyini azaldıb. 

Sonaxanım Əliyeva arıqladıqdan sonra ünvanına yazılan tənqidi rəylərə də münasibət bildirib. O qeyd edib ki, kök olanda tənqid edildiyi kimi, arıqladıqdan sonra da mənfi şərhlərlə üzləşir.

Qeyd edək ki, aktrisa daha əvvəl 47 kiloqram çəki atdığını açıqlamışdı. (yenisabah.az)
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər