Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildilər
Siyasət
1467
04 Jun 2026 | 20:47

Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildilər

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksəkvəzifəli əməkdaşlarını həbs edib. Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidmət mayoru Ənvər Həsən oğlu Tağıyev və həmin Baş İdarənin Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanın gömrük postunun inspektoru, gömrük xidməti mayoru Tahir Söhrab oğlu Tahiri ölkəni tərk etmişdi. Həmin şəxslər məsuliyyətdən yayınmaq üçün İrana oradan isə Ukraynaya qaçmışdılar.

Moderator.az "Unikal"a istinadən xəbər verir ki, adıçəkilən iki gömrük əməkdaşı Ukraynada tutularaq Azərbaycana gətirilib.

Əldə edilən digər məlumata görə, 6 ay keçməsinə baxmayaraq, ölkədən qaçan 2 gömrükçü 26 may 2026-cı ildə komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun müvafiq əmri ilə vəzifələrindən azad olunublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər