Vyanada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri qeyd edilib
Siyasət
152
14:25, Bu gün

Vyanada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri qeyd edilib

Avstriyada Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü və yaxınlaşan Silahlı Qüvvələr Günü münasibətilə təntənəli tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
 
Məlumata görə, tədbir "Palais Niederösterreich" (Aşağı Avstriya Sarayı) sarayında diplomatik korpusun nümayəndələrinin, rəsmi şəxslərin və Azərbaycan diasporunun iştirakı ilə keçirilib.
 
Səfir Avstriyanın Federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin baş direktoru Hanna Likoya və nazirliyin protokol xidmətinin rəhbəri Maksimilian Henniqə tədbirdə iştirak etdiklərinə və çıxış etdiklərinə görə minnətdarlığını bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər