Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.
"Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və ikihəftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İranla münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir", - məlumatda bildirilir.