Hikmət Hacıyev
Siyasət
404
15:25, Bu gün

Hikmət Hacıyev "Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşdən paylaşım etdi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan ikitərəfli görüşlə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün Qəbələdə "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistandan olan vətəndaş cəmiyyəti nümayəndələri ilə açıq dialoq keçirdik. Müzakirələrimiz iki saatdan çox davam etdi. Bir daha vurğuladım ki, Azərbaycanın mövqeyi yalnız sülhə yönəlib", - deyə prezidentin köməkçisi bildirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər