Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
Siyasət
243
18:00, Bu gün

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.

Moderator.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.

Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

Qanun səsə qoyularaq qəbul edilib.

Naxçıvanda Ombudsman təsisatı ləğv edilibNaxçıvanda Ombudsman təsisatı ləğv edilibNaxçıvanda Ombudsman təsisatı ləğv edilib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər