Bizi sosial şəbəkələrdən izləyin:
"Parlamentdə aidiyyəti şöbəyə və ya müvafiq komissiyalardan birinə göstəriş verilsin ki, qanunun tətbiqindən sonra bu sahədə davamlı və sistemli monitorinq aparılsın".
Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev dedi.
Deputat qeyd etdi ki, süni intellektlə bağlı qanuna edilən dəyişikliklərlə bağlı mövqeyimi və təkliflərimi birinci oxunuşda açıq və geniş şəkildə bildirmişəm:
"Layihənin vacibliyini və aktuallığını nəzərə alaraq ona müsbət səs verirəm. Bununla yanaşı, bir mühüm təklifimi diqqətinizə çatdırmaq istəyirəm.
Xahiş edirəm, Parlamentdə aidiyyəti şöbəyə və ya müvafiq komissiyalardan birinə göstəriş verilsin ki, qanunun tətbiqindən sonra bu sahədə davamlı və sistemli monitorinq aparılsın. Qanunun icrası prosesində ortaya çıxan boşluqlar, açıq qalan məqamlar vaxtında müəyyən edilərək çevik şəkildə qanunvericilik səviyyəsində aradan qaldırılsın.
Çünki əsas məqsədimiz yalnız tənzimləmə və məhdudiyyət deyil. Elə etməliyik ki, bu qanun süni intellektin inkişafına mane olmasın, əksinə onun yaradıcı və innovativ sahələrdə tətbiqini stimullaşdırsın".
Pərvin Şakirqızı