Sahibə Qafarova Çində Zəngəzur dəhlizindən danışıb
Siyasət
306
12:16, Bu gün

Sahibə Qafarova Çində Zəngəzur dəhlizindən danışıb

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.
 
Moderator.az-ın xəbərinə əsasən, o bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti martın 24-dən 26-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olub:
 
“Səfərdə məqsəd Asiya naminə Boao Forumunda iştirak etmək idi. Forum Asiya-Sakit Okean regionunun 26 ölkəsi tərəfindən 2001-ci ildə təsis edilib, sonradan daha 3 ölkə onlara qoşulub”.
 
Spiker qeyd edib ki, Azərbaycan bu tədbirə xüsusi qonaq kimi dəvət olunub:
 
“Asiya naminə Boao Forumunun İllik Konfransında mənim çıxışım oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının sədri cənab Si Cinpinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Çin münasibətlərindən danışdım. Çin tərəfindən irəli sürülən və Azərbaycan tərəfindən dəstəklənən qlobal təşəbbüslərin əhəmiyyətini vurğuladım.
 
Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyini, “Bir Kəmər, Bir Yol” layihəsinin inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyini diqqətə çatdırdım. Qeyd etdim ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir.
 
Onu da dedim ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaq”.
 
Sahibə Qafarova onu da bildirib ki, 30 illik işğala son qoyan Azərbaycanın suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərini daim dəstəklədiyini bildirib:
 
“Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər, Bakıda keçirilmiş və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər haqqında Forum iştirakçılarına məlumat verdim”.
 
Sədr qeyd edib ki, səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşü olub:
 
“Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları haqqında fikir mübadiləsi aparıldı, o cümlədən qanunvericilik orqanlarının komitələri arasında institusional əlaqələrin inkişaf etdirilməsi imkanları və digər məsələlər nəzərdən keçirildi”.
 
Spiker Çin Xalq Respublikasına işgüzar səfərin uğurlu olduğunu söyləyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər