Hikmət Hacıyev
Siyasət
243
19:20, Bu gün

Hikmət Hacıyev "Euronews"un Bakıda keçiriləcək WUF13 ilə bağlı materialına diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbiri ilə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, H.Hacıyev "X" sosial şəbəkə hesabında "Euronews"un bu mövzuda hazırladığı materiala diqqət çəkib.

 

 

"Bakıda keçiriləcək WUF13 ərəfəsində şəhər layihələri qlobal planlaşdırma müzakirələrinə təkan verir" - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Xatırladaq ki, "Euronews"un hazırladığı videomaterialda Bakıda keçiriləcək tədbirin şəhərsalma layihələri ilə bağlı geniş müzakirələrə töhfə verəcəyi bildirilir, Bakı şəhəri WUF13-ə ev sahibliyi edən mərkəz və qlobal şəhərsalma müzakirələrinin əsas platformalarından biri kimi vurğulanır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər