MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilib
Siyasət
258
16:30, Bu gün

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilib

Bu gün Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının 3-cü iclası keçirilib.

Moderator.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşündə deputatlar ölkələr arasında qarşılıqlı münasibətlərin, Türk dünyasının birliyi və parlamentlərarası əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

İclasa sədrlik edən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq və dostluq əlaqələri hər zaman yüksək səviyyədədir. O qeyd edib ki, Azərbaycanın çətin günlərində Türkiyədəki qardaşlarının dəstəyi önəmli olub, bu, qardaşlıq və dostluq əlaqələrinin möhkəmliyini nümayiş etdirib.

Əhliman Əmiraslanov vurğulayıb ki, Şuşa Bəyannaməsi ölkələr arasındakı qardaşlıq və əməkdaşlığın rəmzidir və bu münasibətlər gələcəkdə də inkişaf etdiriləcək.

O, həmçinin, Azərbaycanın Türk qardaşlarına daim dəstək verməyə hazır olduğunu və parlamentlərarası işçi qrupunun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Şimali Kipr Türk Respublikası Məclisinin sədri, Şimali Kipr Türk Respublikası-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər ŞKTR-nın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması üçün Azərbaycan və Türkiyənin böyük dəstəyi olduğunu və bu dəstəyin onların mübarizə əzmini gücləndirdiyini qeyd edib: “İnanırıq ki, Azərbaycan və Türkiyə parlamentləri, eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığımız gücləndiriləcək”.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, Azərbaycanla Ermənistan arasında davamlı sülh olduğu halda, Türkiyə-Ermənistan sərhədləri də açılacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər