Moskva ilə Bakı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Siyasət
290
08 Apr 2026 | 22:10

Moskva ilə Bakı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Aprelin 8-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.

Moderator.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Bildirilib ki, görüş zamanı qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici siyasət idarələri xətti ilə koordinasiyanın aktual məsələlərinə toxunulub.

"Hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin və müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da möhkəmləndirilməsi, habelə Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə işin davam etdirilməsinə qarşılıqlı sadiqlik qeyd edilib" , - deyə məlumatda vurğulanır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər