Azərbaycan XİN ABŞ ilə İran arasında elan olunmuş atəşkəsi alqışlayır
Siyasət
255
11:27, Bu gün

Azərbaycan XİN ABŞ ilə İran arasında elan olunmuş atəşkəsi alqışlayır

Azərbaycan ABŞ ilə İran arasında əldə edilmiş atəşkəs razılaşmasını alqışlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycan XİN atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir.
 
"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.
 
Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.
 
Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər