İranda saxlanılan fransızlar azad olunublar, Azərbaycandan Fransaya gedəcəklər - YENİLƏNİB
Siyasət
198
18:17, Bu gün

İranda saxlanılan fransızlar azad olunublar, Azərbaycandan Fransaya gedəcəklər - YENİLƏNİB

Sesil Kohler və Jak Paris diplomatik konvoyun müşayiəti ilə İrandan Azərbaycana gətirilib.

Moderator.az "France24"ə istinadən xəbər verir ki, Sesil Kohler və Jak Paris Azərbaycandan Fransaya yola düşəcəklər.

***

17:59

İranda həbsdə olan Fransa vətəndaşları azad edilərək ölkələrinə qayıdırlar.

Moderator.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" platformasında qeyd edib.

“Sesil Kohler və Jak Paris İranda üç il yarımlıq saxlanmadan sonra azaddırlar və Fransaya qayıdırlar”, - o səhifəsində yazıb.

Bildirilir ki, bu xəbər Fransa Milli Assambleyasında deputatlar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər