Azərbaycan XİN:
Siyasət
129
18:00, Bu gün

Azərbaycan XİN: "Dəməşqdə BƏƏ səfirliyinə hücum Vyana Konvensiyasının pozulmasıdır"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) bir qrup nümayişçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dəməşq şəhərində yerləşən səfirliyinə etdiyi hücumu kəskin şəkildə qınayıb.

Moderator.az xəbər verir ki, bu barədə XİN öz "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Diplomatik nümayəndəliklərə yönəlmiş belə zorakılıq halları yolverilməzdir. Bu, həm beynəlxalq hüquq normalarının, həm də diplomatik personalın və binaların toxunulmazlığına, təhlükəsizliyinə təminat verən Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması deməkdir", - deyə rəsmi açıqlamada vurğulanıb.

Azərbaycanın xarici siyasət idarəsi əlavə edib ki, Suriya hakimiyyətinin məsələ ilə bağlı açıqlamasını müsbət qiymətləndirir və günahkarların qanun çərçivəsində cəzalandırılması üçün bütün lazımi addımların atılmasına dair öhdəliyini təqdir edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər